“Qəbələ”nin Türkiyə toplanışı çərçivəsində qarşılaşacağı daha bir rəqib müəyyənləşib.
Bizim.Media xəbər verir ki, ölkə Kubokunun son qalibi toplanışın ilk qarşılaşmasını Moldovanın "Sukleya" klubuna qarşı keçirəcək.
Oyun iyulun 12-də baş tutacaq.
Qeyd edək ki, “Sukleya” Moldovanın birinci divionunda çıxış edir. Qardaş ölkəyə iyulun 10-da yola düşəcək "qırmızı-qaralar" ümumilikdə 3 görüşdə qüvvəsini sınayacaq.
Elmar Baxşıyevin yetirmələri 2-ci oyunu iyulun 15-də Rusiya "Orenburq"una qarşı keçirəcək. İyulun 19-da baş tutacaq matçdakı rəqib isə hələlik müəyyənləşməyib.
Rəşad Rafiqoğlu, Bizim.Media