Ehtiram Quliyev “Turan Tovuz Peşəkar Futbol Klubu” İctimai Birliyinin İdarə Heyətinin sədri seçilib.
Bizim.Media xəbər verir ki, 11 fevral 2023-cü il tarixdə Ehtiram Quliyevin təsisçisi və direktoru olduğu “Huner Group” klubun baş sponsoru olub.
44 günlük Vətən müharibəsinin başladığı ilk gündən ordumuza öz dəstəyini göstərmək üçün bütün imkanlarını səfərbər edib. Xidmətlərinə görə Ehtiram Quliyev Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Bundan əlavə, Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media