“Qəbələ” heyətinə yeni qapıçı cəlb etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, son mövsümü “Şamaxı”da keçirmiş Rəşad Əzizli növbəti mövsümdən Qərb klubunun formasını geyinəcək.
Artıq qapıçı ilə ilkin razılıq əldə olunub. Yaxın günlərdə rəsmi müqavilə imzalanmalıdır.
Rəşad Əzizli ilə bağlanacaq müqavilənin müddəti bir illikdir.
Rəşad Rafiqoğlu, Bizim.Media