“Qarabağ”ın müdafiəçisi Kevin Medinanın Türkiyənin “Rizəspor” klubunun maraq dairəsində olduğunu xəbər vermişdik.
Bizim.Media xəbər verir ki, artıq tərəflər razılıq əldə edib. Kolumbiyalı ilə şəxsi müqaviləni razılaşdıran Rizə təmsilçisi “Qarabağ”ın “Linkoln”la ilk oyunundan sonra kolumbiyalı legioneri birdəfəlik transfer edəcək.
Qeyd edək ki, Medinanın “Qarabağ”la 2025-ci ilə qədər müqaviləsi olduğu üçün “Rizəspor” “Qarabağ”a transfer haqqı ödəyəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media