Baş məşqçi axtarışında olan “Neftçi”yə daha bir mütəxəssis təklif edilib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” Aleksandr Naqornının namizədliyini gözdən keçirir. 40 yaşlı mütəxəssis “Krasnodar”dakı işi ilə tanınır.
Onun son iş yeri “Rotor” olub. O, Volqoqorad klubunda köməkçi məşqçi kimi çalışıb.
Rəşad Rafiqoğlu, Bizim.Media