“Turan Tovuz” növbəti transferini rəsmiləşdirib.
Bizim.Media xəbər verir ki, Tovuz klubu nigeriyalı futbolçu Otto Conu heyətinə qatıb.
25 yaşlı hücumçu ilə 2 illik rəsmi müqavilə bağlanıb. Son olaraq Kosovoda “Dukagini” klubunun şərəfini qoruyan Con, karyerası ərzində “36 Lion” (Nigeriya), “Skenderbeu” (Albaniya), “Trepça” (Kosovo) və “Priştina” (Kosovo) klublarının da formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media