Azərbaycan çempionu “Qarabağ” daha bir transferi reallaşdırıb.
Bizim.Media xəbər verir ki, Ağdam klubu belçikalı vinger Ceyson Lokilo ilə anlaşıb.
25 yaşlı futbolçu həm yarımmüdafiənin sağ cinahında, həm də hücumda çıxış edir. Konqo U-17-nin sabiq üzvünün son klubu Roterdam “Sparta”sı olub. Ceyson karyerası ərzində “Donasktr”, “Loryan”, “Qurnik”, ”İstanbulspor” kimi klubların şərəfini qoruyub.
Brüsseldə anadan olan Lokilo “Qarabağ”a azad agent kimi qoşulub. Məşhur transfermarkt.com portalı belçikalının transfer dəyərini 700 min avro göstərib.
Qeyd edək ki, mətbuatda Ceysonla “Neftçi”nin də maraqlandığı barədə xəbərlər yayılmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media