Rumıniyanın “Rapid” klubunun səhmdarlarından biri olan Viktor Antxelesku “Neftçi”nin baş məşqçi Adrian Mutu ilə maraqlandığını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, o, yerli mətbuata açıqlamasında 44 yaşlı mütəxəssisin böyük ehtimalla Bakı klubuna keçəcəyini bildirib.
Klub funksioneri deyib:
“Mutunun bizimlə müqaviləsi var. Qarşı tərəf 200 min avro təzminat məbləğini ödəsə, onu buraxmağa hazırıq. Amma hələlik klub daxilində bu məsələni müzakirə etməmişik”.
Qeyd edək ki, “Neftçi”yə son olaraq Laurentsiu Regekampf başçılıq edib. Rumıniyalı mütəxəssis ötən ay istefaya göndərilib. Lakin onun xələfi hələ də təyin olunmayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media