“Yuventus”un futbolçusu Xuan Kuadradonun komandadan ayrıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi Turin klubundan azad agent kimi ayrılıb.
Kuadrado 2015-ci ildən “qoca sinyora”nın şərəfini qoruyurdu. O, “Yuventus”un heyətində 314 oyuna çıxıb, 26 qol vurub, 59 məhsuldar ötürmə edib və 10 kubok qazanıb.
Bizim.Media