“Zirə”dən ayrılan Ruslan Abışov yeni mövsüm futbolçu karyerasın davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, o, Premyer Liqa təmsilçilərindən ikisinin maraq dairəsindədir.
Söhbət Gəncənin “Kəpəz” və Naxçıvanın “Araz” komandalarından gedir. 36 yaşlı futbolçu isə karyerası ilə bağlı yekun qərarın hələ verməyib. Azərbaycan millisinin sabiq futbolçusu 2021-ci ildən paytaxt təmsilçisinin formasını geyinirdi.
Rəşad Rafiqoğlu, Bizim.Media