Argentina millisinin kapitanı Lionel Messi "İnter Mayami"də debütə hazırlaşır.
Bizim.Media "ESPN"ə istinadən xəbər verir ki, təcrübəli futbolçu iyulun ortalarında adıçəkilən klubda ilk oyununa çıxacaq.
İyulun 22-də "İnter Mayami"ni Meksika və ABŞ klublarının iştirak etdiyi Liqa kubokunda "Krus Asul"a qarşı matç gözləyir.
Messinin məhz bu oyunda meydana çıxacağı ehtimal edilir.
Rəşad Rafiqoğlu, Bizim.Media