“Kəpəz” yeni mövsüm üçün futbolçu axtarışlarını davam etdirir.
Bizim.Media xəbər verir ki, hazırda həm yerli, həm də xarici bazarda bir çox futbolçularla danışıqlar aparılır.
Qapıçı axtaran Gəncə klubu əslən Şimali Makedoniyadan olan Deyan İliçlə maraqlanır. Hazırda Finlandiyanın HİK klubunda oynayan qolkiperlə danışıqlara başlanılıb.
Qeyd edək ki, London “Arsenal”ının yetirməsi olan İliç “Şrussberi”, Polşanın “Yagelloniya”, Slovakiyanın “Sered” və “Trentçin” klublarında da çıxış edib. Danışıqlar müsbət yekunlaşarsa, “Kəpəz” rəhbərliyi İliçlə müqavilə imzalayıb onu yay təlim-məşq toplanışına çatdırmağı düşünür.
Rəşad Rafiqoğlu, Bizim.Media