"Real"ın prezidenti Florentino Peres PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək niyyətini təsdiqləyib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri "Mbappe ilə müqavilə imzalayacaqsınız" sualına belə cavab verib:
"Bəli, amma bu il yox".
Qeyd edək ki, Mbappenin Paris təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.
"Real"ın fransalı hücumçunu gələn il azad agent kimi transfer etmək istədiyi bildirilir.
Bizim.Media