AFFA sentyabrın 20-də yoldaşlıq oyunu keçirmək üçün millimizə rəqib axtarışlarını davam etdirir.
Bizim.Media xəbər verir ki, bundan öncə bir neçə ölkənin federasiyaları ilə aparılan danışıqlar müxtəlif səbəblərdən müsbət nəticələnməmişdi.
AFFA yoldaşlıq görüşünü məhz Bakıda keçirmək istəyir ki, qarşı tərəflər bununla razılaşmamışdı.
Yoldaşlıq oyunu FİFA-nın ayırdığı pəncərəyə düşdüyü üçün beynəlxalq futbol qurumu da rəqibin tapılması üçün AFFA-ya kömək edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media