Millimiz beynəlxalq turnirdə 10 medal qazandı – FOTO  

Üzgüçülük üzrə Azərbaycan millisi böyük uğura imza atıb. 

Bizim.Media xəbər verir ki, 2-4 iyun tarixlərində Çexiyanın Praqa şəhərində keçirilən “Cexiya Open Cup 2023” Beynəlxalq turnirində milli komandamızın yetirmələri 2 qızıl, 4 gümüş, 4 bürünc medal qazanıblar. 

Olimpiya Oyunlarina lisensizya xarakterli bu yarışda Azərbaycan idmançıları ilə yanaşı Bolqarıstan, Ukrayna, Danimarka, İtaliya, Polşa, Yunanıstan, Çexiya, Fransa, Almaniya, Filippin, Avstriya, Xorvatiya, Hollandiya, Makedoniyadan güclü üzgüçülər mübarizə aparıb.

Millimiz bu turnirdə məşqçilər Rəşad Əbdürrəhmanov, Rəşad Əliyev və Daniel Dudaş, idmançılardan isə Vəli İstafilov, Ramil Vəlizadə, Rəşad Alquliyev, Əbdürrəhman Rüstəmov, Oqtay Hüseynov, Fatimə Alkərəmova və Məryəm Şeyxəlizadəhangahla təmsil olunub.
Su idman növlərinin çox inkişaf etmiş ölkələrinin idmançılarının da qatıldığı bu beynəlxalq yarışda Oqtay Hüseynov 2 qızıl, 2 bürünc, Əbdürrəhman Rüstəmov 1 qızıl, 2 gümüş, Ramil Vəlizadə 1 gümüş, Məryəm Şeyxəlizadəhangah 1 gümüş, Rəşad Alquliyev 1 gümüş qazanmaqla yüksək nəticələr göstəriblər.

Milli komanda dünən axşam saatlarında Vətənə dönüblər. Hava limanında idmançılarımızı Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri, Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndələri, idman ictimaiyyəti, valideynlər qarşılayıb.

Hava limanında jurnalistlərə müsahibəsində üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov yarış haqqında fikirlərini bölüşüb: 

“Yarışda su idmanı növləri üzrə Avropanın inkişaf etmiş 16 ölkəsi tanınmış idmançılarla təmsil olunurdu. Bu beynəlxalq turnir Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olduğundan bütün ölkələr ən güclü üzgüçüləri ilə burada çıxış edirdilər. Bildiyiniz kimi, milli komandamız artıq tam yerli idmançılardan təşkil olunub.

Xeyli müddətdir ki, Azərbaycan Üzgüçülük Federasiyasının, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Bakı Su İdman Sarayının dəstəyi ilə davamlı məşqlər edirik. Təlim məşq toplanışlarında idmançıların daha da güclü olmaları üçün çalışırıq.
Hesab edirəm ki, “Cexiya Open Cup 2023” Beynəlxalq turnirində 7 idmançı ilə 10 medal artıq onun göstəricisidir ki, ölkəmizdə bu idman növündə inkişaf var və bundan sonra daha da mötəbər yarışlarda bayrağımızı yüksəklərə qaldırmağa çalışacağıq”, - deyə R. Əbdürrəhmanov əlavə edib. 

Mülki komandanın kapitanı Ramil Vəlizadə də yarışların mübarizə şəraitində keçdiyini bildirib. Onun sözlərinə görə, komanda yoldaşları ilə birlikdə bütün yarışlarda maksimum nəticə göstərməyi qarşılarına məqsəd qoyublar.

Praqada 2 qızıl və 2 bürünc medal qazanan milli komandanın 13 yaşlı yetirməsi Oqtay Hüseynov bu uğurun davamlı olacağına inanır:

“Bu, mənim beynəlxalq yarışlarda ikinci debütümdür. Bundan qabaq Macarıstanda keçirilən beynəlxalq turnirdə də medal qazanmışdım. Daima üzərimdə işləməyi, məşqçilərimin verdikləri tapşırıqları dəqiqliyi ilə yerinə yetirməyə çalışıram. Əsas hədəfim Avropa və Dünya çempionatında, Olimpiya Oyunlarında yüksək nəticələr qazanmaqla Azərbaycan bayrağını yüksəklərə qaldırmaqdır. Mənə göstərilən etimadı doğrultmağa çalışacam”, - deyə O. Hüseynov əlavə edib. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Senator Kruz: “Xamenei ilə vidalaşmağın vaxtıdır”

Senator Kruz: “Xamenei ilə vidalaşmağın vaxtıdır”

Gədəbəydə 54 yaşlı qadın dəm qazından boğuldu

Gədəbəydə 54 yaşlı qadın dəm qazından boğuldu

Qara baş örtükləri yerinə milli KƏLAĞAYIMIZ – Geyim mədəniyyəti və milli özünüdərkin HARMONİYASI

Qara baş örtükləri yerinə milli KƏLAĞAYIMIZ – Geyim mədəniyyəti və milli özünüdərkin HARMONİYASI

Özbəkistanda Emin Ağalarovun 5 milyard dollarlıq layihəsi üzrə ictimai dinləmələr keçiriləcək

Özbəkistanda Emin Ağalarovun 5 milyard dollarlıq layihəsi üzrə ictimai dinləmələr keçiriləcək

Daşkənddən Duqinə cavab: Özbəkistanın suverenliyinə toxunmağa cəsarət etməyin

Daşkənddən Duqinə cavab: Özbəkistanın suverenliyinə toxunmağa cəsarət etməyin

Sabah qatarlar qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək - ADY

Sabah qatarlar qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək - ADY

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Almazın idxal və ixracına dövlət NƏZARƏT EDƏCƏK

Almazın idxal və ixracına dövlət NƏZARƏT EDƏCƏK

Aytəkin Cəfərova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Aytəkin Cəfərova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Nazirdən generalın yerinə YENİ TƏYİNAT - FOTO

Nazirdən generalın yerinə YENİ TƏYİNAT - FOTO

Pakistanda güclü ZƏLZƏLƏ

Pakistanda güclü ZƏLZƏLƏ

Nazirlikdən əhaliyə ÇAĞIRIŞ: "Partlayış səsləri ilə əlaqədar...”

Nazirlikdən əhaliyə ÇAĞIRIŞ: "Partlayış səsləri ilə əlaqədar...”

Sabah Bakı metrosunda 1 dəqiqəlik sükut OLACAQ

Sabah Bakı metrosunda 1 dəqiqəlik sükut OLACAQ

Məcəllə TƏSDİQLƏNDİ: Kimlərə ikiqat maaş ödəniləcək?

Məcəllə TƏSDİQLƏNDİ: Kimlərə ikiqat maaş ödəniləcək?

Buraxılış və qəbul imtahanlarının tarixi nə vaxt açıqlanacaq?

Buraxılış və qəbul imtahanlarının tarixi nə vaxt açıqlanacaq?

3 ay əvvəl evləndiyi qadını başından GÜLLƏLƏDİ - FOTO

3 ay əvvəl evləndiyi qadını başından GÜLLƏLƏDİ - FOTO

Cərimə meydançasına aparılan avtomobillərlə bağlı YENİ QAYDA

Cərimə meydançasına aparılan avtomobillərlə bağlı YENİ QAYDA

Ödənişli yollarla bağlı YENİLİK – Sürət həddi bu qədər olacaq

Ödənişli yollarla bağlı YENİLİK – Sürət həddi bu qədər olacaq

Bu şəxslər 2500 manat CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 2500 manat CƏRİMƏ OLUNACAQ

Balaəlinin sözləri MÜZAKİRƏ YARATDI: “Çin ayrıdır, Kitay ayrı...” - VİDEO

Balaəlinin sözləri MÜZAKİRƏ YARATDI: “Çin ayrıdır, Kitay ayrı...” - VİDEO

Sakit Niftiyev vəfat etdi – FOTO

Sakit Niftiyev vəfat etdi – FOTO

Qubada DƏHŞƏT – 62 yaşlı şəxsin meyiti evində TAPILDI - ÖZƏL

Qubada DƏHŞƏT – 62 yaşlı şəxsin meyiti evində TAPILDI - ÖZƏL

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi – FOTO

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi – FOTO

53 məscid, 180 təcili yardım maşını yandırılıb – İrandakı etirazlarla bağlı DƏHŞƏTLİ STATİSTİKA

53 məscid, 180 təcili yardım maşını yandırılıb – İrandakı etirazlarla bağlı DƏHŞƏTLİ STATİSTİKA

End of content

No more pages to load

RADİO