Bu gün Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların dördüncü dünya çempionatına start verilib.
Bizim.Media xəbər verir ki, D qrupunda Azərbaycan millisi ilk yarış günündə Bolqarıstan təmsilçiləri ilə qarşılaşıblar.
Görüş 29:19 hesabı ilə bolqarların xeyrinə başa çatıb.
Qeyd edək ki, çempionat aprelin 30-dək davam edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media