Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 55 kq-da mübarizə aparan idmançı finalda Rumıniya təmsilçisi Denis Mihayla qarşılaşıb.
Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əzizli həlledici qarşılaşmaya vəsiqə qazanıb. Onun finaldakı rəqibi Adem Uzun (Türkiyə) olacaq.
Bizim.Media