AFFA İcraiyyə Komitəsinin növbəti iclası mayda keçiriləcək.
Bizim.Media xəbər verir ki, toplantı ölkə çempionatının yekunlarına və yeni mövsümə həsr olunacaq.
İclasda Premyer Liqanın növbəti mövsümündə iştirakçı sayına birdəfəlik aydınlıq gətiriləcək.
Həmçinin çempionatın reqlamentina və əsasnaməsinə ediləcək dəyişiklərə baxılacaq. Dövlət tərəfindən klublara ayrılan dotasiyadan istifadə kriteriyaları müzakirəyə çıxarılacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media