Mariya Stadnik: "Avropa çempionatında 10-cu dəfə Azərbaycan himnini səsləndirmək istəyirəm"

Mariya Stadnik: "Avropa çempionatında 10-cu dəfə Azərbaycan himnini səsləndirmək istəyirəm" 
 
"Mənim hər zaman motivasiyam, qalib gəlmək üçün iradəm var və bu, uşaqlıqdan bəri sonsuzdur".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Mariya Stadnik doqquzqat Avropa çempionu oldu - FOTO


Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan 35 yaşlı idmançı qələbəsini ana vətəni Ukraynaya həsr etdiyini bildirib. 

Doqquzqat Avropa çempionu qitə birinciliyində 10-cu dəfə Azərbaycan himnini səsləndirmək istədiyini söyləyib: "On yaxşı rəqəmdir". 

Stadnik Zaqrebdəki turnirin ona elə də zövq vermədiyini vurğulayıb:

"Amma ən əsası nəticədir. Tokio olimpiadasından sonra qısa fasilə verdim. Düşündüm ki, yaşla əlaqədar güləşi davam etdirim, yoxsa idmanı tərk edim. Fiziki formamın yaxşı olub-olmayacağını bilmirdim. Amma gördüyünüz kimi mən hələ də mübarizə aparıram. Yanvarda məşqlərə başladım, ona görə də ən yaxşı formada deyiləm. 18 yaşım olanda daha çox həyəcan və motivasiya var idi. İndi isə hər şey mənə tanışdır. Amma yenə də uduzmaq istəmirəm". 

O, Avropa çempionatının finalında qalib gəldiyi həmyerlisi Oksana Livaçla Ukraynada birlikdə məşq etdiyini xatırladıb:

"O, mənim üçün kiçik bacı kimidir. Hər il daha da güclənir. Biz artıq birlikdə məşq etmirik, amma onun çox yaxşı potensialı var. Ümid edirəm ki, Paris olimpiadasına vəsiqə qazanar". 

Təcrübəli güləşçi Tokio-2020 Yay Olimpiya Oyunlarının yarımfinalında uduzduğu əsas rəqibi olan yaponiyalı Yui Susakidən də söz açıb:

"Onunla necə mübarizə aparacağımı düşünmək üçün hələ bir ilim var. Hər şeyi nəzərdən keçirəcəyəm". 

Karyerasından da danışan Stadnikin sözlərinə görə, övladları əvvəlcə onun güləşməsini istəmirdi:

"Yadımdadır, onlara təqaüdə çıxmaq istədiyimi bildirmişdim. Oğlum balaca olanda mənə deyirdi ki, ana, xahiş edirəm, turnirlərə getmə. İndi isə deyir ki, sən çox güclüsən, dayanma. Hazırda onlar mənim ən böyük fanatlarımdır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Bidzina İvanişvilinin qardaşının şirkətinə sanksiya TƏTBİQ ETMƏDİ

Rusiya Bidzina İvanişvilinin qardaşının şirkətinə sanksiya TƏTBİQ ETMƏDİ

Küçə itləri İranın Gürcüstandakı səfirinə hücum etdilər – AYAĞI SINDI

Küçə itləri İranın Gürcüstandakı səfirinə hücum etdilər – AYAĞI SINDI

Gəncədəki zəncirvari qəzada xəsarət alanların SON DURUMU

Gəncədəki zəncirvari qəzada xəsarət alanların SON DURUMU

Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı

Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı

XİN Ekvatorial Qvineya və İspaniyanı təbrik etdi – FOTO

XİN Ekvatorial Qvineya və İspaniyanı təbrik etdi – FOTO

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

Əvvəl dayanacağa, sonra digər maşınlara çırpıldı – FOTO

Əvvəl dayanacağa, sonra digər maşınlara çırpıldı – FOTO

Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət etdi – FOTO

Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət etdi – FOTO

Kreditlərin verilməsi qaydaları dəyişdi

Kreditlərin verilməsi qaydaları dəyişdi

Ən dadlı narı necə seçmək olar?

Ən dadlı narı necə seçmək olar?

Paytaxtın köçürülməsi təklifinə yeni yanaşma – 5 rayonun adı çəkildi

Paytaxtın köçürülməsi təklifinə yeni yanaşma – 5 rayonun adı çəkildi

İqtisadiyyat üzrə Nobel mükafatının laureatları MƏLUM OLDU - FOTO

İqtisadiyyat üzrə Nobel mükafatının laureatları MƏLUM OLDU - FOTO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi

Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verildi - FOTO/VİDEO

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verildi - FOTO/VİDEO

Bakıda dəbdəbəli toyda onlar oxudu – VİDEO

Bakıda dəbdəbəli toyda onlar oxudu – VİDEO

Cəmiyyətdə gərginlik yaradan paylaşımlarla bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Cəmiyyətdə gərginlik yaradan paylaşımlarla bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Qonşusunu təhdid edən şəxs həbs olundu

Qonşusunu təhdid edən şəxs həbs olundu

TDT-yə üzv dövlətlərin rəsmiləri Birgə Bəyannamə imzaladı – FOTO

TDT-yə üzv dövlətlərin rəsmiləri Birgə Bəyannamə imzaladı – FOTO

Pensiya artımları ilə bağlı AÇIQLAMA

Pensiya artımları ilə bağlı AÇIQLAMA

Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqlədi

Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqlədi

Ər-Riyad hava limanından yeni XƏBƏR VAR

Ər-Riyad hava limanından yeni XƏBƏR VAR

“Sahar Azəri”nin Azərbaycanla bağlı yalanı belə ifşa oldu – FOTO

“Sahar Azəri”nin Azərbaycanla bağlı yalanı belə ifşa oldu – FOTO

"MyGov" portalında azalan pensiya kapitalları nə vaxt bərpa olunacaq? – Rəsmi AÇIQLAMA

"MyGov" portalında azalan pensiya kapitalları nə vaxt bərpa olunacaq? – Rəsmi AÇIQLAMA

Məktəblərdə ictimai asayişi pozan 37 nəfər HƏBS EDİLDİ - RƏSMİ

Məktəblərdə ictimai asayişi pozan 37 nəfər HƏBS EDİLDİ - RƏSMİ

End of content

No more pages to load

RADİO