"Çelsi"nin baş məşqçisi Frenk Lempard London klubunda antirekorda imza atıb.
Bizim.Media xəbər verir ki, komanda onun rəhbərliyi ilə artıq 4-cü oyundur ki, məğlub olur.
Lempard klub tarixində ilk 4 oyunda uduzan yeganə baş məşqçidir. Bu oyunlarda top fərqi isə 1:7-dir.
Qeyd edək ki, "zadəganlar"ın əfsanəvi oyunçusu bu ayın əvvlində uğursuz çıxışlara görə istefaya göndərilən Qrem Potteri əvəzləyib.
Bizim.Media