Hücumçu Natan Oduvanın "Turan Tovuz"la müqaviləsi mövsümün sonunda başa çatır.
Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisi 27 yaşlı forvardı komandada saxlamaq niyyətindədir.
Yeni mövsüm daha iddialı komanda formalaşdırmaq istəyən baş məşqçi Ayxan Abbasov Oduvanın klubda qalmasını istəyir.
Bölgə təmsilçisi forvardla mövsümün sonunda danışıqlara başlayacaq. Natan Oduva bu mövsüm Premyer Liqada 23 oyunda 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media