Bu mövsüm "Kəpəz"dəki oyunu ilə diqqət çəkən Ahmed Ayzaya yeni mövsüm başqa komandada oynaya bilər.
Bizim.Media xəbər verir ki, “Neftçi” 27 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Paytaxt təmsilçisi yeni mövsüm üçün nigeriyalı futbolçunu heyətinə qatmaq istəyir.
Yayda "Zirə"dən ayrılaraq "Kəpəz"ə keçmiş Ahmedin Gəncə klubu ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.
Karyerası ərzində "Ribeyrao", "Oliveyrense", "Vilaverdense", "Jil Visente", "Varzim", "Sportinq Kovilya" klublarında oynamış Ayzaya bu mövsüm 26 oyunda 4 qol, 1 assistlə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media