Daha bir sərbəst güləşçimiz Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.
Bizim.Media xəbər verir ki, 92 kq çəki dərəcəsində yarışan Osman Nurmaqomedov yarımfinalda slovakiyalı Ermak Kardanovaya 6:0 qalib gələrək qızıl qazanmaq şansına sahib çıxıb.
Avropa çempionatı aprelin 23-də başa çatacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media