“Tottenhem” Yurgen Klinsmannı baş məşqçi təyin edə bilər.
Bizim.Media “Kicker”ə istinadən xəbər verir ki, London klubunun sükanı arxasına keçməyə namizədlərdən biri də Almaniya millisinin sabiq futbolçusudur.
Qeyd edək ki, o, fevral ayından Cənubu Koreya yığmasını çalışdırır.
“Tottenhem”in namizədlər siyahısında Brendan Rocers, Vensan Kompani, Maurisio Poçettino, Qrem Potter və Yulian Naqelsmann da var.
Antonio Kontenin istefaya göndərilməsindən sonra baş məşqçi səlahiyyətlərini Kristian Stellini yerinə yetirir.
31 turdan sonra “Tottenhem” 53 xalla İngiltərə Premyer Liqasında 5-ci yeri tutur.
Rəşad Rafiqoğlu, Bizim.Media