FIFA 2024-cü ildə keçiriləcək Amerika kubokunun vaxtını açıqlayıb.
Bizim.Media xəbər verir ki, sözügedən turnir iyunun 14-dən iyulun 14-dək Amerika Birləşmiş Ştatlarında keçiriləcək.
Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Yarışda 10 ölkənin yığma komandasının mübarizə aparacağı bildirilib. Maraqlıdır ki, Amerika kuboku AÇ-2024-lə eyni tarixə təsadüf edəcək.
Qeyd edək ki, Avropa çempionatı Almaniyada təşkil olunacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media