11 aprel tarixində qızlardan ibarət U-16 yığmamız təlim-məşq toplanışı çərçivəsində Türkiyənin İstanbul şəhərinə yollanıb.
Bizim.Media xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi millimiz, gündə iki dəfə olmaqla məşqlərini davam etdirir.
Hazırlıq prosesində qızlarımızın, Qalatasaray, Fənərbaxça, Beşiktaş və Darruşafaka kimi məhşur klubların qız komandaları ilə yoldaşlıq görüşləri keçirməsi də planlaşdırılır.
22 aprel tarixinə qədər davam edəcək təlim-məşq toplanışındakı əsas hədəf, 18-23 iyul tarixlərində Andorrada baş tutacaq Avropa çempionatının "C" divizionu oyunlarına hazırlaşmaqdır.


Rəşad Rafiqoğlu, Bizim.Media