Türkiyə Avro-2028 və ya Avro-2032-yə ev sahibliyi etmək üçün rəsmi namizəd olub.
Bizim.Media xəbər verir ki, bu barədə qurmun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Türkiyə Futbol Federasiyası artıq namizədlik sənədini UEFA-ya göndərib.
Daha əvvəl Avro-2028 üçün Böyük Britaniya və İrlandiya, Avro-2032 üçün isə İtaliya namizədliyini irəli sürmüşdü. Bu qitə çempionatlarının ev sahibləri oktyabr ayında açıqlanacaqlar.
Qeyd edək ki, növbəti Avropa çempionatı - Avro-2024 Almaniyada keçiriləcək.
Bizim.Media