Cari mövsüm elitada qalmaq uğrunda mübarizə aparan "Sumqayıt" Azərbaycan Premyer Liqasındakı yerini qoruyacağı halda, klubun heyətində ciddi dəyişikliklər olacaq.
Bizim.Media xəbər verir ki, artıq “gənclik şəhəri” təmsilçisinin maraqlandığı bəzi futbolçuların adı məlum olub.
Samir Abbasov növbəti mövsüm üçün “Turan”ın ingiltərəli forvardı Natan Oduva və gənc üzvü Ayxan Quseynovu transfer etmək istəyir.
Bundan başqa komanda “Kəpəz”dən Yusif Nəbiyev, Abdulayi Şuaybu və Ahmed Ayzaya da maraq göstərir.
Rəşad Rafiqoğlu, Bizim.Media