"Qarabağ"ın futbolçusu Musa Qurbanlı karyerasını İtaliyada davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Torino" klubu 21 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Turin təmsilçisi gənc futbolçunu yaxından izləyir. "Torino"nun Musa üçün "Qarabağ"a təklif göndərib-göndərməyəcəyi hələ dəqiq deyil.
Musa Qurbanlı bu mövsüm Premyer Liqada 20 qolla bombardirdir.
Rəşad Rafiqoğlu, Bizim.Media