Basketbol üzrə Yüksək Liqada 25-ci turun sonuncu oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində "Zirvə Astara" və "Sərhədçi" komandalarının qarşılaşdığı oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən "Zirvə Astara" yekunda 103-93 hesablı qələbə qazanıb.
Bu məğlubiyyət ilə "Sərhədçi" klubu play-off zonasından uzağlaşıb.
Ən məhsuldar basketbolçular: "Sərhədçi PİK" (Maykl Diqqins - 34 xal, 11 ribaund ), "Zirvə Astara BK" ( Ruşard Kruikşenk - 22 xal, 8 asist ) seçilib.





Rəşad Rafiqoğlu, Bizim.Media