Azərbaycan Yelkən Federasiyası 2023 ILCA 4 Gənclərin Avropa Çempionatında iştirak edəcək.
Bizim.Media xəbər verir ki, çempionat 15-23 aprel tarixlərində İspaniyanın Cadiz şəhərində baş tutacaq.
Bildirilib ki, 2023 ILCA 4 Gənclərin Avropa Çempionatında komandamızı Azərbaycan Yelkən Federasiyasının idmançısı Fidan Ağazadə və komanda rəhbəri Azərbaycan Yelkən Federasiyasının vitse-prezidenti Burcu Algon Giorgianni təmsil edəcək.
Bizim.Media