“Sabah” klubu hücumçusunu geri qaytarır. Söhbət icarə əsasında “Şamaxı”da çıxış edən Kamran Quliyevdən gedir.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi gənc forvardı heyətində saxlamaq və onun transfer hüququna yiyələnmək istəsə də, futbolçunun özü “Sabah”a qayıtmaq istəyib.
Mövsümün sonunda Kamran Quliyev “Sabah”ın düşərgəsində olacaq.
Qeyd edək ki, ölkəmizin digər klubları da Quliyevi heyətinə qatmaq istəyir.
Rəşad Rafiqoğlu, Bizim.Media