21 yaşlılardan ibarət Azərbaycan millisinin formasını geyinən Murad Vəliyevin ölkəmizdə oynaması yayda reallaşa bilər.
Bizim.Media xəbər verir ki, “Neftçi” adıçəkilən futbolçunun transferi üçün hərəkətə keçib.
Hazırda Estoniyada “Levadiya” forması geyinən həmyerlimizin komandası ilə müqaviləsi 2024-cü il dekabrın 31-də başa çatacaq. “Neftçi” 21 yaşlı futbolçunu yayda heyətinə qatmaq istəyir.
Əgər danışıqlar müsbət yekunlaşsa, keçid yayda reallaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media