Basketbol üzrə Yüksək Lİqada 25-ci turun ikinci oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində "Olimpik Şəki" paytaxt təmsilçisi "Neftçi" ilə qarşılaşıb.
Oyunun üçüncü dövrəsində üstünlüyü ortaya qoyan "Neftçi" kollektivi qarşılaşmadan 112-78 hesablı qələbə ilə ayrılıb.
Ən məhsuldar basketbolçular: "Olimpik Şəki BK" ( Davante Kuper - 27 xal, 9 ribaund ), "Neftçi İK" ( Yuriy Kondrakov - 39 xal, 9 asist ) seçilib.

Rəşad Rafiqoğlu, Bizim.Media