Azərbaycan milli komandasının formasını geyinmiş Araz Abdullayev yenidən ölkə xaricinə yollanmaq şansı qazanıb.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçiyə Kipr klubları maraq göstərir.
Həmin komandalardan biri "Karmiotissa"dır. Belə ki, yüksək liqada mübarizə aparan klub Arazı yayda heyətinə qatmağı planlaşdırır.
30 yaşlı futbolçu əvvəllər də Kiprdə çıxış edib. O, bu ölkənin “Anortosis” və “Etnikos Axna” klublarının üzvü olub.
Rəşad Rafiqoğlu, Bizim.Media