Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi Jorji Jezuşa yeni müqavilə təklif edib.
Bizim.Media "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi portuqaliyalı mütəxəssislə əməkdaşlığın müddətini 2025-ci ilin yayınadək uzatmaq istəyir.
İddiaya görə, 69 yaşlı baş məşqçi də cari mövsümün sonunda başa çatacaq sözləşməsini yeniləməkdə maraqlıdır. Tərəflər arasında danışıqların davam etdiyi bildirilib.
Bizim.Media