"Neftçi"nin transfer siyahısında olan ingilis futbolçu Demeako Dyuhani böyük ehtimalla Bakıya gələsi olmayacaq.
Bizim.Media xəbər verir ki, hazırda Türkiyənin "İstanbulspor" klubunda forma geyinən sağ cinah müdafiəçisi "ağ qaralar"dan çox pul istəyir.
"Neftçi" isə daha az maaşa futbolçunu əldə etmək istəyir.
Qeyd edək ki, Dyuhani "Mançester Siti"nin futbol akademiyasının yetirməsidir. Futbolçu karyerası ərzində "Boston" və "Stok Siti" klublarında da forma geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media