Millimizin üzvü Mahir Emrelinin müqavilə ilə məxsus olduğu Zaqreb "Dinamo"su baş məşqçisi Ante Çaçiçlə yolları ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xorvatiya klubunun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, 70 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Dinamo" 27 turdan sonra 60 xalla turnir cədvəlinə başçılıq edir. Lakin komanda son son 5 matçın yalnız 1-də qalib gəlib.
Qeyd edək ki, Mahir Emreli bu ilin fevralında Türkiyə "Konyaspor"una icarəyə verilib. O, 2022-ci ilin yanvarında “Dinamo” Zaqreblə 4,5 illik müqavilə bağlayıb.
Bizim.Media