“Qəbələ” klubu növbəti mövsümdə bir çox futbolçularını komandada saxlamaq istəyir.
Bizim.Media xəbər verir ki, bununla bağlı artıq işlərə start verilib.
İlk olaraq, klubla müqaviləsi başa çatmaqda olan iki yerli futbolçu ilə razılıq əldə edilib.
Söhbət İlkin Qırtımov və Murad Musayevdən gedir. Hər iki futbolçu daha bir il qərb klubunun şərəfini qoruyacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media