İtaliya Maliyyə Polisi A seriyasında mübarizə aparan 3 klubun - “Roma”, “Latsio” və “Salernitana”nın bazasında axtarış aparıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, axtarışlara səbəb kimi 2017-2021-ci illərdə 4 mövsüm ərzində sözügedən klublar tərəfindən həyata keçirilən futbolçu transferlərində qanunauyğunsuzluqların olduğu göstərilib.
Lakin hansı transferlərin araşdırıldığı, dəlil tapılıb-tapılmadığı açıqlanmayıb.
Bizim.Media