Niderland kubokunun yarımfinalının bu gün keçirilən “Feyenoord" - "Ayaks" oyununun əvvəlində insident baş verib.
Bizim.Media xəbər verir ki, buna azarkeşlərin matçın əvvəllərində görüşün keçirildiyi "De Kuip" stadionunda atəşfəşanlıq etməsi səbəb olub.
Arenanı bürüyən güclü tüstüyə görə baş hakim Allard Lindout dərhal oyunu dayandırmaq məcburiyyətində qalıb. Sonra isə matç daha sonra bərpa olunub.


Bizim.Media