“Neftçi” əsas qapıçısı ilə müqaviləni uzadıb.
Bizim.Media xəbər verir ki, xorvatiyalı qolkiper İvan Brkiçlə sözləşmənin müddəti 2 illikdir.
Artıq müqavilənin maliyyə şərtləri demək olar ki razılaşdırılıb. Yaxın günlərdə qolkiperin rəsmi sözləşməyə imza atacağı gözlənilir.
Qeyd edək ki, ötən ildən paytaxt klubunda çıxış edən Brkiçə xarici klublardan da təklif gəlsə də, o, “Neftçi”də qalmağa üstünlük verib.
Rəşad Rafiqoğlu, Bizim.Media