Azərbaycan Basketbol Liqasının (ABL) 24-cü turunun iki oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, günün ilk oyununda region təmsilçisi "Zirvə Astara", paytaxt klubu "NTD" ilə üz-üzə gəlib.
"NTD" basketbolçuları bu oyunda 112-92 hesablı qələbə qazanaraq ilk pilləyə yüksəliblər.
Ən məhsuldar basketbolçular:
"Zirvə Astara BK" ( Darin Conson - 30 xal, 6 ribaund ), "NTD BK" ( Brayson Robinson - 17 xal, 8 asist )
Turun bağlanış oyunu "AAAF Xırdalan" və "Gəncə" basketbolçuları arasında keçirilib. Bu vacib oyunda 94-83 hesablı qələbə qazanan "Gəncə" komandası liderləri izləməyi davam etdirir.
Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" ( Deymon Makdouel - 21 xal, 4 ribaund ), "Gəncə BK" ( Amil Həmzəyev - 24 xal, 6 ribaund ).







Rəşad Rafiqoğlu, Bizim.Media