2017-ci ildə fəaliyyətini dayandırmış «Bakılı» futbol klubu yenidən fəaliyyətə başlayıb.
Bizim.Media xəbər verir ki, iş adamı Misir Əbilovun rəhbəri olduğu klub növbəti mövsüm I Divizionda mübarizə aparmaq istəyindədir.
Paytaxt təmsilçisi məsələnin müsbət həlli üçün artıq AFFA-ya müraciət edib. «Bakılı» artıq baş məşqçisinin kimliyini də müəyyənləşdirib. Bu posta Elman Sultanov gətirilib.
Rəşad Rafiqoğlu, Bizim.Media