İsnik Alimi növbəti mövsümə “Qəbələ”də başlamayacaq.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq yarımmüdafiəçi yeni klub axtarır.
Futbolçuya ən real təklif “Zirə”dən gəlib. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, albaniyalı futbolçu 2021-ci ildən “Qəbələ”də çıxış edir.
Rəşad Rafiqoğlu, Bizim.Media