Azərbaycan milli komandası iyunun 17-də AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda Estoniya yığması ilə üz-üzə gələcək.
Bizim Media xəbər verir ki, AFFA estonlarla matçdan sonra millinin yoxlama oyunu keçirməsini istəyir.
Buna görə də, federasiya iyunun 20-də yoxlama oyunu üçün rəqib axtarışındadır. Bu məqsədlə Özbəkistan Futbol Federasiyası ilə danışıqlar aparılıb. Amma tərəflər arasında razılıq əldə olunmayıb.
Xatırladaq ki, Azərbaycan millisi F qrupunda növbəti iki görüşünü Estoniya(17 iyun) və Belçikaya (sentyabr 9) qarşı keçirəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media