Azərbaycan Basketbol Liqasının (ABL) 24-cü turunun iki oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, turun açılış oyununda "Sərhədçi" komandası, region təmsilçisi "Olimpik Şəki" ilə üz-üzə gəlib.
"Sərhədçi" basketbolçuları bu oyunda 94-91 hesablı çətin qələbəyə seviniblər.
Ən məhsuldar basketbolçular: "Sərhədçi PİK" ( Maksvel Starvud - 35 xal, 7 ribaund ), "Olimpik Şəki BK" ( Davante Kuper - 29 xal, 5 ribaund )
Günün ikinci oyunu "Neftçi" və "Sabah" basketbolçuları arasında keçirilib. Bu görüşdə 80-68 hesablı qələbə qazanan tərəf "Sabah" basketbolçuları oldular.
Ən məhsuldar basketbolçular: "Neftçi BK" ( Mohsen Moradxani - 23 xal, 16 ribaund ), "Sabah BK" ( Kamran Məmmədov - 19 xal, 7 ribaund ).
Qeyd edək ki, tura 5 aprel tarixində keçiriləcək "Zirvə Astara BK" - "NTD BK", "AAAF Xırdalan - "Gəncə BK" oyunları ilə yekun vurulacaq.







Rəşad Rafiqoğlu, Bizim.Media