Almaniyanın "Bayer" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, Bundesliqa təmsilçisi "Ameriko Mineyro"dan Arturu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı müdafiəçi ilə 5 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Braziliya millisinin üzvü yayda Almaniya klubuna qoşulacaq.
Bizim.Media