Bir müddətdir ki, klubsuz qalan təcrübəli futbolçu Nurlan Novruzov yenidən xaricə yollana bilər.
Bizim.Media xəbər verir ki, hücumçu karyerasını Litvada davam etdirəcək.
O, bu ölkənin birinci divizion təmsilçisi “Yanova” ilə razılıq əldə edib. Novruzov yaxın günlərdə adıçəkilən klubla rəsmi müqavilə bağlayacaq.
Qeyd edək ki, Nurlan Novruzov ötən mövsüm Nepalın “Maçxindra” klubunda çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media