Azərbaycan idmançılarının bu ilin ilk 3 ayında nüfuzlu beynəlxalq yarışlarda əldə etdiyi medalların sayı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, ilin birinci rübündə ümumilikdə 107 medal qazanılıb. Bunun 38-i qızıl, 25-i gümüş, 44-ü isə bürünc mükafatdır.
Qeyd edək ki, Azərbaycan idmançıları mart ayında keçirilmiş beynəlxalq yarışlardan isə 70-dək medalla qayıdıblar.
Bizim.Media